ABŞ-da törədilmiş növbəti atışma: azı üç nəfər öldürülüb
20 fevral 2013 04:57 (UTC +04:00)

ABŞ-da törədilmiş növbəti atışma: azı üç nəfər öldürülüb

ABŞ-ın Kaliforniya ştatının magistral avtomobil yolunda fevralın 19-da törədilmiş atışma nəticəsində ən azı 3 nəfər ölüb, və bir neçə nəfər yaralanıb.

 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, cinayətkar Orinc dairəsində bir nəfəri qətlə yetirərək, avtomobilini qaçırıb. Bundan sonra o, yolda bir neçə dəfə yol-hərəkət iştirakçılarına atəş açaraq, Tastin şəhərinə yollanıb.  

 

Yerli polisin bildirdiyiinə əsasən,bu şəhərdə isə baş vermiş olay nəticəsində iki nəfərhəlak olub, bir neçə nəfər isə yaralanıb. Bundan sonra cani şəhərdən bir neçə kilometr aralanaraq özünü güllələyib.  

 

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. Polis öldürülənlərin sayının artacağını istisna etmir, çünki cinayətkarın hərəkət etdiyi yolda avtomobil sıxlığı yaşanıb.   

# 607
avatar

Oxşar yazılar