AB-də insan alveri qurbanlarının sayı artır
16 aprel 2013 06:12 (UTC +04:00)

AB-də insan alveri qurbanlarının sayı artır

Avropa komissiyası Avropa Birliyinə (AB) üzv dövlətlərdə insan alveri hallarının artması və bu yöndə törədilən cinayət işlərinin azalmasından rahatsız olduğunu bəyan edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, komissiyanın bu problemə həsr olunmuş birinci məruzəsində qeyd olunub ki, cinayətin qurbanlarının cinsi zoaklığa məruz qalan qadınlar və uşaqlardır.

 

Məlumata əsasən, 2008-2012-cu illərdə Avropa Birliyində 20 mindən çox adam insan alverinin qurbanı olub.

 

Avropa Birliyinin daxili işlər üzrə komissarı Sesiliya Malmström etiraf edib ki, azad və demokratik dövlgtlərdə belə halların baş verməsin anlamaq çətindir.

 

Onun sözlərinə görə, quruma üzv dövlətlər bu problemə diqqəti artırmalıdır, əks halda birlik rəhbərliyi əlavə tədbirlər haqqında qərar qəbul etməyə məcbur olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar