«Rusiya Holana sülhməramlı göndərə bilməz»
08 iyun 2013 01:38 (UTC +04:00)

«Rusiya Holana sülhməramlı göndərə bilməz»

0

 

BMT-nin təmsilçisi Martin Nesirki bildirib ki, BMT sülhməramlılarının mandatı İsraillə Suriyanı ayıran bölgəyə, Holan yüksəkliyinə  Rusiya hərbçilərinin göndərilməsinə icazə vermir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Suriya ilə İsrail arasında əldə edilmiş razılaşmaya əsasən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər bu missiyaya daxil ola bilməz.

 

Rusiya prezidenti deyib ki, əgər BMT-nin razılıq verərsə, bölgə dövlətlərinin maraqınca olarsa, o zaman RF  Holan təpələrində Avstriyadan olan sülhməramlıları əvəz etməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar