«Bəsic» həm qorxur, həm də qorxudur
09 aprel 2013 03:38 (UTC +04:00)

«Bəsic» həm qorxur, həm də qorxudur

İran İnqilab Keşikçiləri Qvardiyası əsas kadr bazası sayılan “bəsic” təşkilatının (hakimiyyət tərəfdarı, yarımhərbi dəstə) komandanı Məhəmmədrza Nəqdi qarşıdan gələn prezident seçkisindən danışıb.

Letna.za-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Hftənin sonunda jurnalistlərə açıqlamasında deyib: “ ölkədə keçiriləcək prezident seçkisi prosesinə düşmən xələl gətirmək üçün özünün bütün mediasını və siyasi qurumlarını səfərbər edib.

Düşmən İranın Qərblə apardığı nüvə danışıqlarındakı üstün durumundan faydalanıb geniş psixoloji plan həyata keçirmək niyyətindədir. Düşmənin hazırladığı proqramda şübhəli qətllər də var. Belə ki, həmin proqrama əsasən, seçki zamanı ölkədə şübhəli qətllər törədilə bilər”.

 

Yeri gəlmişkən Tehranın icra başçısı  İsa Fərhadi ötən ay jurnalistlərə açıqlamasında polis və “bəsic” qüvvələrinin bu ilin iyununda keçiriləcək prezident seçkisinə hazırlığından danışmışdı.

O, demişdi ki, 2009-cu ildə keçirilən prezident seçkisinin nəticələrinə etiraz aksiyalarının yenidən təkrar olunmasının qarşısını almaq üçün indidən tədbir görülür: “O, etirazların nəticəsi ağır oldu. Qarşıdan gələn prezident seçkisinin təhlükəsizliyini təmin etmək üçün indidən müəyyən tədbirlər görməyə başlamışıq.

Seçki zamanı paytaxt Tehranda 99 “bəsic” batalyonu və 15 min polis hazır vəziyyətə gətiriləcək. Həmin qüvvələr paytaxtdakı vəziyyəti nəzarətdə saxlayacaq və seçkinin təhlükəsizliyini təmin edəcək.

Ümid edirik ki, seçki zamanı bu qüvvələrdən istifadəyə ehtiyac qalmayacaq. Doğrudur, seçki prosesini və onun nəticələrini şübhə altına alacaq qüvvələr ortaya çıxacaq. Lakin mən indidən bildirmək istəyirəm ki, seçki ilə bağlı ortaya çıxacaq şübhələr və saxtakarlıq iddiaları əsassızdır. Çünki biz seçkinin tam şəffaf  keçirilməsinə çalışacaq, bunu təmin edəcəyik”.

# 615
avatar

Oxşar yazılar