Ukraynanı müvəqqəti müdafiə naziri Mixail Komal bildirib ki, ölkənin şərqində hərbi münaqişənin başa çatması prosesi gedir.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, deyib: “Hazırda ölkənin şərqində silahlı qarşıdurmanın dayandırılması prosesi baş çatmaqdadır. Prezident, ali baş komandan Pyotr Poroşenko Ukraynanın bu hissəsindəki vətəndaşlarımızın əmin-amanlıqda yaşaması üçün bütün imkanlardan istifadə edir”.
Ölkə rəsmi bu istiqamətdə görüləcək tədbirlər barəsində məlumat verməyib.
Mənbə xatırladıb ki, prezident Pyotr Poroşenko Ukraynanın şərqində atəşi cari həftənin sonunadək dayandırmaq istəyir.