“Müsəlman Qardaşları” Suriyaya qayıdır...
26 aprel 2013 16:39 (UTC +04:00)

“Müsəlman Qardaşları” Suriyaya qayıdır...

0

“Müsəlman Qardaşları” Hərəkatı Suriyada müxaliflər nəzarət edən ərazidə təmsilçilərini açmaq barədə qərar qəbul edib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Suriya “Müsəlman Qardaşları” Hərəkatının mühacirətdə olan lideri Riad əl-Şaqfa bəyan edib.

 

Riad əl-Şaqfa deyib ki, hazırda Suriyada müxtəlif qruplar var və “Müsəlman Qardaşları” Hərəkatının yenidən təşkilatlanması zamanı yetişib.

 

Qeyd edək ki, Suriyada keçən əsrin 40-cı illərində formalaşan “Müsəlman Qardaşları” Hərəkatı 1963-cü ildə qadağan edilib, 1980-ci illərdə isə darmadağın edilib. “Müsəlman Qardaşları” Hərəkatının liderləri digər ərəb ölkələrinə, ilk növbədə Qətərə mühacirət ediblər. Hazırda “Müsəlman Qardaşları” Hərəkatının liderləri Suriyaya qayıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 850

Oxşar yazılar