95 min udsa da dövlətdən yardım alıb
26 aprel 2013 07:14 (UTC +04:00)

95 min udsa da dövlətdən yardım alıb

0

40 yaşlı, iki uşaq anası britaniyalı Kerolayn Banana «Deal or No Deal» adlı teleşouda 95 min funt sterlinq udub.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onun həbs olunacağı gözlənilir.

 

Dairə məhkəməsində o, etiraf edib ki, gəlirini vergi orqanlarından gizlədərək, dövlətdən maliyyə yardımı alıb.

 

Halbuki Kerolayn uduşdan sonra tamaşaçılara bildirib ki, həmin pula özlərinə ev alacaq, təhsilini davam etdirmək üçün ərinə uduşdan verəcək, habelə Zimbabvedəki qohumlarına maliyyə yardımı edəcək.

 

Uduşdan sonrakı müddət ərzində o, ev kirayəsi üçün 6 min 147 funt-sterlinq, uşaqların məktəbdə səhər yeməyində ötrü isə min 129 funt-sterlinq yardım alıb.

 

Hazırda Banana girovla sərbəst buraxılıb. Ona qarşı ittiham aprelin 29-da oxunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 995

Oxşar yazılar