4 yaşlı uşaq dostuna silahdan  atəş açıb
09 aprel 2013 20:33 (UTC +04:00)

4 yaşlı uşaq dostuna silahdan  atəş açıb

ABŞ-ın Nyu-Cersi ştatında 4 yaşlı uşağın 6 yaşlı oğlanı başından güllələməsi ilə bağlı faciəli olay hələ yoxlanılır.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, iki uşaq bağçada oynayırmış. Onlardan biri evə gedərək, oradan əli silahlı qayıdıb.

 

Hələlik onun bilərəkdən, yaxud təsadüfən atəş açması araşdırılır. Məlumata əsasən, atəş açan uşağın ata-anası olay baş verən zaman evdə olub.

 

Yaralı oğlan isə hazırda ağır vəziyyətdə xəstəxanadadır. Baş vermiş cinayətlə bağlı polis hələ ittiham irəli sürməyib.

 

ABŞ qanunvericiliyinə uyğun olaraq, 6- dan az yaşı olanlara cinayət işi açılmır.

 

Xatırladaq ki, prezident Barak Obama və silahlar üzərində nəzarətin tərəfdarları ölkədə silahlı zorakılığa qarşı tədbirlərin görülməsinin vacibliyini bildirirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521

Oxşar yazılar