Rusiya Milli Qvardiyası Rostovdakı istintaq təcridxanasında məhbusların girov götürüldüyü əməliyyatın videosunu yayıb.
Lent.az xəbər verir ki, video Rusiya Qvardiyasının rəsmi Telegram kanalında paylaşılıb.
Görüntüləri təqdim edirik:
***
18:43
Hazırda girov götürülmənin baş verdiyi Rostov istintaq təcridxanasında axtarışlar aparılır.
Lent.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından RİA Novosti-yə məlumat verilib.
Məlumata görə, məhbusların üzərində qadağan olunmuş əşyalar axtarılır.
***
16:54
Rostov istintaq təcridxanasında yerli imam bu gün girov götürən terrorçularla danışıqlar aparmağa çalışıb.
Lent.az “Baza”ya istinadən xəbər verir ki, o, Rostov vilayəti Müsəlmanları Ruhani İdarəsinin imamı olub. İmam cinayətkarlarla danışıqlar aparsa da, onları silahı yerə qoymağa inandıra bilməyib.
Danışıqlar nəticə vermədikdən sonra istintaq təcridxanasına basqınlar başlayıb.
***
15:25
Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir
Rostovdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları terrorçulara qaçışlarını təşkil etməyə kömək edə bilərdilər.
Lent.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazır.
Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu versiyanı nəzərdən keçirirlər.
***
13:03
Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.
Rostov İstintaq Təcridxanasının əməkdaşları xəsarət almayıblar.
***
12:55
Terrorçularla danışıqlar nəticə verməyib, xüsusi təyinatlılar Rostov istintaq təcridxanasına hücum etməyə başlayıblar.
Lent.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hazırda Rostov xüsusi təyinatlıları məhkum edilmiş terrorçuların Federal Penitensiar Xidmətin iki əməkdaşını girov götürdüyü Rostov Mərkəzinə hücum edir.
Uzun müddət məhbuslarla danışıqlar aparılarkən, hadisə yerinin yaxınlığında tam döyüş geyimində olan xüsusi təyinatlılar növbətçilik edib. Danışıqlar heç bir nəticə vermədiyindən xüsusi təyinatlılar hücuma keçib.
Hadisə yerinə silah səslərindən əlavə təcili yardım sireninin səsləri də eşidilir.
Shot teleqram kanalı terrorçular tərəfindən girov saxlanılan 1-ci İstintaq Təcridxanasının əməkdaşları azad olunduğu, cinayətkarların məhv edildiyi barədə məlumat yayıb.
***
12:52
Hadisə şahidləri bildirirlər ki, bir neçə təcili yardım maşını Rostov istintaq təcridxanasının ərazisinə daxil olub.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hələlik atışma səsləri kəsilib.
***
12:45
Rostov şəhərində istintaq təcridxanasında əməkdaşların əsir götürüldüyü ərazidə atışma səsləri eşidilib.
Lent.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
***
11:45
Rostov şəhərində istintaq təcridxanasında girov götürənlər müxtəlif kameralarda saxlanılsa da, onlar arasında əlaqə olub.
Lent.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Rostovda 1 saylı istintaq təcridxanasında işçiləri girov götürülməyə bir neçə ay idi ki, hazırlıq gedirmiş. Rostov istintaq təcridxanasında girov götürənlərin hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.
***
11:27
Rostov İstintaq Təcridxanasında girov götürənlər avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Baza telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.
Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.
Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.
***
10:58
Rostov istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.
Məlum olub ki, onlar 2023-cü ilin dekabrında İŞİD-din tərkibində döyüşdükləri üçün mühakimə ediliblər. Həmin şəxslər terror aktı hazırlamaqda (onlar Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırıblar) ittiham ediliblər. Saxlanılan şəxslər 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd olunur ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərə barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Orada işçiləri girov götürüblər.
***
10:20
Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.