Türkiyənin daha bir təyyarəsi qəzaya uğradı,  pilot öldü
13 noyabr 2025 22:48 (UTC +04:00)

Türkiyənin daha bir təyyarəsi qəzaya uğradı, pilot öldü

0

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məxsus yanğınsöndürmə təyyarəsinin Xorvatiyada qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.

Lent.az “CNN Türk”ə istinadən xəbər verir ki, təyyarə təxminən 5 min fut yüksəklikdə bulud qatına daxil olduğu zaman qəza baş verib.

Əlverişsiz hava şəraiti səbəbindən Zaqreb hava limanına enə bilməyən təyyarə istiqamətini dəyişib.

Nazirlik rəsmiləri  təyyarənin texniki baxım məqsədilə Xorvatiyaya göndərildiyini bildirib. 


***
22:48

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub. 

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.

“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, - nazir qeyd edib.



***
22:39

Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb:

“Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki ədəd AT802 yanğınsöndürmə təyyarəsi texniki baxış üçün Xorvatiyanın Zaqreb şəhərinə gedərkən əlverişsiz hava şəraiti səbəbindən Reyka hava limanına yönəlib.

Təyyarələrdən biri təhlükəsiz eniş edib, lakin digəri ilə 18:25-də radio əlaqəsi kəsilib. İtkin düşən təyyarə və pilotun tapılması üçün Xorvatiya rəsmiləri ilə birgə axtarış-xilasetmə işlərinə başlanılıb”-deyə nazirlikdən bildirilib.

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məxsus bir ədəd yanğınsöndürmə təyyarəsinin Xorvatiya ərazisində radarlardan itməsindən sonra, Türkiyənin Xorvatiyadakı səfiri Nurdan Erpulat Altuntaş hadisə yerinə yollanıb.

Radarlardan itən AT802 tipli yanğınsöndürmə təyyarəsində yalnız pilot olub.

Hadisə ilə bağlı axtarış-xilasetmə işləri Xorvatiya rəsmiləri ilə birgə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar