Türkiyədə təbii fəlakət 7 nəfərin həyatına son qoydu - VİDEO
15 iyul 2021 17:13 (UTC +04:00)

Türkiyədə təbii fəlakət 7 nəfərin həyatına son qoydu - VİDEO

Türkiyənin Rizə bölgəsində güclü yağış, daşqın və torpaq sürüşməsi fəlakətə səbəb olub. 

Lent.az yerli KİV-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində 7 nəfər həlak olub, 1 nəfər itkin düşüb. 

Türkiyə Daxili İşlər naziri Süleyma Soylu fəlakətlə bağlı prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandırdığını qeyd edib: 
"İtkin düşənlərin axtarışı davam edir. Xəstəxanadakı vətəndaşlardan 4-ü evə buraxılıb, 1 nəfərin müalicəsi davam edir”.


Qeyd edək ki, ötən gün başlayan güclü yağış bir neçə evin tamamilə dağılmasına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Nigar Adil

Oxşar yazılar