Turist avtobusu qəzaya uğradı, 17 uşaq xəstəxanaya yerləşdirildi
14 avqust 2022 23:59 (UTC +04:00)

Turist avtobusu qəzaya uğradı, 17 uşaq xəstəxanaya yerləşdirildi

Bolqarıstanın Stara Zaqora şəhəri yaxınlığında içərisində 10 böyük və 38 uşağın olduğu serbiyalı turistləri aparan avtobus qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə “bTV” kanalı məlumat ayıb.

Şossedən çıxan avtobus yol kənarındakı xəndəyə düşüb.

Hadisədən sonra 7-17 yaş arası 17 uşaq və bir neçə şəxs hadisədən sonra yüngül xəsarətlərlə Stara Zaqora xəstəxanasına aparılıb.

Yetkin şəxslərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Avtobusda folklor festivalından qayıdan 48 nəfər iştirakçı olub.

Ölənlər barədə məlumat yoxdur.

# 1338
avatar

Oxşar yazılar