Trampa uğursuz zəngi  bu ölkə prezidentinə milyardlarla dollara  başa gəldi
06 avqust 2025 10:49 (UTC +04:00)

Trampa uğursuz zəngi bu ölkə prezidentinə milyardlarla dollara başa gəldi

Uğursuz danışıqlardan sonra Tramp İsveçrə mallarına gözləniləndən xeyli yüksək olan 39 faizlik tarif elan edib.

İsveçrə prezidenti Karin Keller-Zutter və ABŞ prezidenti Donald Trampın söhbəti Bernə iqtisadi zərbə vurub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Keller-Zutter cəmi üç həftə əvvəl verdiyi müsahibədə qürurla bəyan edib ki, o, “Trampla yaxınlaşmağı” bacarıb. O, hətta onun “Sövdələşmə sənəti” kitabını oxuyaraq danışıqlara hazırlaşıb. Lakin bu yanaşma nəticə verməyib.

İyulun 31-də yerli vaxtla saat 20:30-da iki lider telefonla danışıb. Keller-Zutter tariflərin 10 faizə endirilməsi ilə bağlı danışıqlar aparmağa çalışıb, lakin Trampı razı sala bilməyib. Danışıqlar sürətlə qızışıb. Məlumata görə, İsveçrə prezidenti bir neçə dəfə izah etməyə çalışıb ki, 39 milyard dollarlıq ticarət kəsirini təkcə onun ölkəsinə aid etmək olmaz. Bununla belə, Ağ ev onun arqumentlərini öyrətmək cəhdi və “mühazirə” kimi qəbul edib.

Bildirildiyinə görə, saat 20:38-də Amerika tərəfi isveçrəli diplomata söhbəti tamamilə nəzarətdən çıxmamış bitirmək təklifi ilə SMS göndərib. Bir neçə dəqiqədən sonra əlaqə kəsilib. Heç bir razılaşma əldə olunmayıb.

Artıq axşam saatlarında Vaşinqtondan rəsmi açıqlama gəlib: ABŞ nəinki vəd etdiyi rüsumları tətbiq edib, həm də onları 39 faizə çatdırıb. Ağ ev İsveçrənin güzəştə getməkdən imtina etdiyini vurğulayıb.

İsveçrənin özündə Keller-Zutter sadəlövh və hazırlıqsız olduğuna görə tənqidlərlə üzləşib. Məlumata görə, uğursuzluq halında onun B planı olmayıb. Swissmem sənaye assosiasiyasının rəhbəri Stefan Brupbaher hadisəni iqtisadiyyat üçün "qara gün" adlandırıb və texnoloji sektorda on minlərlə iş yerinin risk altında olduğunu xəbərdar edib.

İndi İsveçrə hökuməti vəziyyəti düzəltməyə çalışır. Avqustun 4-də keçirilən fövqəladə iclasdan sonra Bern ABŞ-a “daha cəlbedici şərtlər” təklif etməyə hazır olduğu açıqlanıb. Bununla belə, sual qalır: Donald Tramp onlarla razılaşacaqmı?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar