Torpaq kütləsi avtobusun üzərinə töküldü – 30 ÖLÜ 
05 dekabr 2022 20:27 (UTC +04:00)

Torpaq kütləsi avtobusun üzərinə töküldü – 30 ÖLÜ 

Sürüşmə nəticəsində torpaq kütləsinin yola tökülməsi Kolumbiyanın Risaralda departamentində çox sayda insan tələfatına səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Pedro Tvitterdə bildirib.

“Təəssüflə bildirmək istəyirəm ki, Risaraldada ölənlərin sayı 27 nəfərə çatıb. Onlardan üçün uşaqdır” – deyə prezident qeyd edib.
Bir müddət sonra “El Tiempo” saytı torpaq kütləsinin avtobusun üstünə tökülməsi nəticəsində ölənlərin sayının otuzu keçdiyini bildirib. 
 

# 1764
avatar

Oxşar yazılar