Tikintidə 7 nəfər diri-diri  yandı
02 fevral 2023 15:02 (UTC +04:00)

Tikintidə 7 nəfər diri-diri yandı

Krımın Sevastopol şəhərində tikintidə çalışan 7 nəfər diri-diri yanıb.

Lent.az-ın məlumatına görə, bu barədə şəhər qubernatoru Razvozhaev xəbər verib.

Onun dediyinə görə, fəhlələr “Tavrida” trasının tikintisində çalışırlarmış. Yanğını səhərə yaxın söndürmək mümkün olub.

Razvozhaev bildirib ki, hadisə yerindən 7 nəfərin meyiti taxılıb. Daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

# 1623
avatar

Sevinc Fərid

Oxşar yazılar