Taylandda bir neçə əcnəbi Pattaya şəhərindəki ticarət mərkəzinin yaxınlığında cinsi əlaqədə olub. Bu barədə “The Thaiger” məlumat yayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, sosial şəbəkələrdə böyük “Terminal 21” ticarət mərkəzinin girişində seks edən sevgililərin 25 saniyəlik videosu yayılıb.
Görüntülərdə ticarət mərkəzinin girişinin üstündəki lövhənin və reklam stendlərinin söndürüldüyündən hadisənin axşam saatlarında baş verdiyi ehtimal edilir. Lakin videonun dəqiq çəkiliş tarixi məlum deyil. Video sosial şəbəkələrdə yayıldıqdan sonra Pattaya sakinləri polisdən hadisənin araşdırılmasını tələb ediblər.
Jurnalistlər ərazidə yaşayan insanlardan, ticarət mərkəzinin əməkdaşlarından və taksi sürücülərindən müsahibə götürüb. Hamı yekdilliklə videonu ilk dəfə gördüklərini və əvvəllər turistlərin bu cür hərəkətlərinin şahidi olmadıqlarını bildiriblər. Sakinlər həmçinin deyiblər ki, əcnəbilər öz davranışları ilə onları təhqir ediblər.