ABŞ-də şəxsi təyyarə qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.
Hadisə Virciniya ştatının Bat qraflığında qeydə alınıb.
Qəza nəticəsində dörd nəfər həlak olub.
Ştat polisi və Federal Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma aparır.