Təhdidlə müharibəyə aparılan rusiyalı şou ulduzu  əsir düşdü
24 iyun 2024 17:58 (UTC +04:00)

Təhdidlə müharibəyə aparılan rusiyalı şou ulduzu əsir düşdü

“16 yaşında hamilə” realiti-şousunun rus versiyasının iştirakçısı Ukraynada əsir düşüb. 

Lent.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, jurnalist Vladimir Zolkin "YouTube" kanalında Ukraynaya qarşı müharibəyə cəlb olunmuş məşhurla söhbətini yayıb. "16 yaşında hamilə" şousunun rusiyalı ulduzu Sergey Qoreli maraqlı açıqlama verib.

O, dekabrın əvvəlində Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa “məcbur olduğunu” deyib, bildirib ki, əks halda onu mənzilini əlindən almaqla təhdid ediblər.  

“Mənzilim tam özəlləşdirilməyib, bir neçə arayış çatışmır. Əvvəlcə maşın oğurladığım üçün iki il məcburi əmək cəzası almışam. İlk dəfə imtina etdim, lakin sonradan çağırıb ultimatum verdilər: Ya müqaviləni imzalamalıydım, ya da ailəm mənzildən qovulmalıydı”, - o bildirib. 

Ukraynada Rusiya və Belarus Silahlı Qüvvələrinin hərbi qulluqçularının könüllü təslim olması üçün yaradılmış “Mən yaşamaq istəyirəm” dövlət layihəsi mövcuddur. Sergey Qoreli həmin layihəyə könüllü müraciət edənlərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar