Polşanın Sileziya voyevodalığının Çestoxova şəhərində kişi sərxoş halda sürücülük imtahanı vermək istəyib.
Lent.az xəbər verir ki, bu barədə “RAR” agentliyi məlumat yayıb.
Məlumata görə, imtahanı qəbul edən qadın nəqliyyat vasitəsində əyləşən 31 yaşlı kişinin sərxoş olmasından şübhələnib.
Nəticədə kişi imtahana buraxılmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polis əməkdaşları sürücünün bədənində spirt olub-olmadığını yoxlayıblar. Göstərici 2,5 promil spirt (təxminən bir şüşə araq - red.) olub.
Qeyd edək ki, bu, kişinin sürücülük imtahanından keçmək üçün yeddinci cəhdi olub. O, etiraf edib ki, əvvəlki imtahanları stress səbəbindən uğursuz olub, bu səbəbdən “cəsarətlənmək üçün” spirtli içki qəbul edib.