Rusya ordusunda xidmət edən daha bir azərbaycanlı HƏLAK OLDU  -  FOTO
22 mart 2022 13:44 (UTC +04:00)

Rusya ordusunda xidmət edən daha bir azərbaycanlı HƏLAK OLDU - FOTO

Rusiya ordusunda xidmət edən azərbaycanlı Ukraynadakı döyüşlərdə həlak olub. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə ölüb. Onun 22 yaşı olub və Rusiyanın Vladiqafqaz şəhərində doğulub. 

Şahin Əhmədov Azərbaycan diasporunun nümayəndəsi də olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.

Xatırladaq ki, bu ikinci azərbaycanlıdır ki, Rusiya ordusunda xidmət edib və Ukrayna əarazisində həlak olub. Bundan əvvəl tankçı Mərahim Məmmədzadə də müharibədə ölüb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2744

Oxşar yazılar