Rusiyada uşaqlarını zorlayan amerikalı ata tutuldu
15 yanvar 2022 13:40 (UTC +04:00)

Rusiyada uşaqlarını zorlayan amerikalı ata tutuldu

Rusiyada amerikalı kişi uşaqlarını zorlamaqda ittiham olunur.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə ilə əlaqədar uşaqların anası polisə müraciət edib. Onun sözlərinə görə, 7 və 11 yaşlı iki oğlu dəfələrlə Moskvada yaşayan atalarının yanına gedərkən zorlanıblar.

Qadın, həmçinin, hadisənin bir neçə il əvvəl törədildiyini bildirib.

Faktla əlaqədar hüquq-mühafizə orqanları həmin şəxsi Moskvada saxlayıb.

Araşdırmalar davam etdirilir.

# 1233
avatar

Oxşar yazılar