Rusiya hərbçiləri Ukraynada döyüşməkdən  imtina edirlər   -  FOTO
14 mart 2022 19:24 (UTC +04:00)

Rusiya hərbçiləri Ukraynada döyüşməkdən imtina edirlər - FOTO

Rusiya əsgərləri Ukraynada döyüşməkdən imtina edirlər.

Lent.az xəbər verir ki, bu haqda daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib. Onun sözlərinə görə, söhbət artıq Ukrayna ərazisində döyüşən və dislokasiya yerinə qayıdan rusiyalı hərbçilərdən gedir.

Bildirilir ki, imtina məktublarını Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Ordu Dairəsinin 41-ci mərkəz dairəsinin hərbçiləri yazıblar. Məlumata görə, rusiyalı hərbçilərin döyüşdən imtina etməyinə Ukraynada ölməmək, komandanlıqla rabitə əlaqələrinin olmaması və bu ərazidə hansı səbəblə müharibə aparıldığını bilməmələri səbəbləri daxildir.

Həmin məktubları təqdim edirik:

İmtina məktubu

İmtina məktubu

İmtina məktubu

İmtina məktubu

İmtina məktubu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3420
avatar

Mehman Nəbiyev

Oxşar yazılar