Roman Abramoviç
13 aprel 2022 18:44 (UTC +04:00)

Roman Abramoviç

Roman Abramoviçin 90 milyonluq mülkü əlindən alındı

Fransa hakimiyyəti rusiyalı biznesmen, "Çelsi" klubunun sahibi Roman Abramoviçin villasını ələ keçirib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, lüks daşınmaz əmlak Fransanın cənubunda, Antibes burnunda yerləşir.

“Chateau de la Croe” adlı mülkün dəyəri təxminən 90 milyon funt sterlinq (təxminən 198 milyon 954 min manat) qiymətləndirilir. Villa 1926-cı ildə tikilib, ondan çox yataq otağı, səkkiz vanna otağı var. Bina 12 hektar meşə və yastı qazonlarla əhatə olunub. Aralıq dənizi bir neçə metr məsafədə yerləşir.

Abramoviç həmin mülkü 2001-ci ildə alıb və onun bərpasına təxminən 30 milyon funt-sterlinq (66 milyon 318 min manat) xərcləyib. Binanın damında 15 metrlik hovuz var. Zirzəmidə nəhəng idman zalı və ev kinoteatrı yerləşirdi.

Bundan əvvəl məlum olmuşdu ki, Abramoviç Ukraynadakı vəziyyətlə bağlı tətbiq edilən sanksiyalara görə onun aktivləri dondurulduğu üçün nüfuzlu dostlarından bir milyon dollar borc almağa çalışıb. KİV-in məlumatına görə, Abramoviçə onun yaxtalarına xidmət edənlər də daxil olmaqla, işçilərin maaşlarını ödəmək üçün həftədə 750 min dollar lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

Oxşar yazılar