Roma Papası öldü? - İsveçrə Qvardiyası açıqladı
20 fevral 2025 07:58 (UTC +04:00)

Roma Papası öldü? - İsveçrə Qvardiyası açıqladı

Vatikanda xidmət edən İsveçrə Qvardiyasının sözçüsü Papa Fransiskin dəfn mərasiminə hazırlıqla bağlı daha əvvəl yayılan şayiələri təkzib edib.

Lent.az xəbər verir ki, bu barədə çərşənbə günü İsveçrənin Blick qəzeti məlumat yayıb.

Daha əvvəl nəşr mühafizəçilərin artıq dəfn mərasiminə aktiv hazırlıqlara başladığını, mühafizəçilərə qarşı komendant saatı tətbiq edildiyini yazıb.

Lakin sonradan Vatikanın hərbi sözçüsü bu iddianı təkzib edib. Vatikan rəsmisi iddialarla bağlı danışarkən “Biz normal fəaliyyətimizə davam edirik”, - deyib.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-dən xəstəxanadadır. Ona tam istirahət etmək əmri verilib: onunla bağlı bütün tədbirlər həftənin sonuna qədər ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1490

Oxşar yazılar