Təcrid olunmuş Amazon qəbiləsinin üzvləri ərazilərini pozduğu üçün bir adamı parçalayıblar.
Lent.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Ekoloq Paul Rosolinin sözlərinə görə, bu icmalar kənar insanlardan qorxur və onlarla qarşılaşdıqda onları öldürürlər. O, tez-tez dünyanın ən böyük tropik meşəsinə səyahətlər təşkil edir, lakin həmişə bunun nə qədər təhlükəli ola biləcəyini vurğulayır.
Belə bir hadisənin şahidi danışır:
İcma üzvləri başqa şəxsləri gördükdən sonra vəhşilər ox atmağa, döyüş fəryadını qışqırmağa və meşədən qaçmağa başlayıblar. Bu zaman arvadı kişinin yanında olub, onlar Amazon çayı boyunca üzməyi başlayıb. Vaxt keçdikcə kişinin parçalanmış cəsədi sahildə tapılıb. Ərazi də qan içində olub.
“Onun qarnının dərisini soydular, xayalarını çıxardılar, qollarını kəsdilər və nə yediyini görmək üçün qarnını açdılar” deyib.
Ekoloqun sözlərinə görə, qəbilə üçün başqa insanlar məxluq kimi görünür. Onlar qurbanlarını az qala elmi bir nümunə kimi qəbul edə bilirlər. Bu səbəbdən onu “balıq kimi” bağırsağına baxırlar.
Ekspert hesab edir ki, tayfaları buna görə qınamaq olmaz, çünki onlar özlərinin də təqiblərə məruz qaldıqları vaxtları bilirlər.