Qadını zorlayan  polis zabitləri həbs olundu
25 aprel 2024 18:01 (UTC +04:00)

Qadını zorlayan polis zabitləri həbs olundu

ABŞ-ın Nyu-York şəhərinin iki polis məmuru sərxoş qadına təcavüz etdiyi iddiası ilə həbs edilib. Bu barədə “The New York Post” yazır.

Lent.az xarici mediaya istinadla bildirir ki, 40 yaşlı zabit Julio Alkantara-Santiaqo və onun ortağı, 32 yaşlı Kristian Qarsiya 2023-cü il iyulun 9-da qadına qarşı cinsi təcavüz iddiası ilə həbs olunduqdan sonra maaş almadan işdən uzaqlaşdırılıblar.

Müstəntiqlərin bildirdiyinə görə, zərərçəkən gecə klubunda keçirilən əyləncədən sonra huşunu itirib və iki polis əməkdaşının ona tanış olmayan mənzildə çarpayıda cinsi təcavüz etməsi zamanı oyanıb.

Zərərçəkənin sözlərinə görə, təcavüzkarlardan biri digərinə “Gedək, qardaş, oyanır” deyib. Daha sonra polislər mənzili tərk ediblər.

Sonrakı sınaqlar qadının bədənində tapılan DNT biomateriallarının hər iki polis əməkdaşınınkına uyğun gəldiyini təsdiqləyib. Müstəntiqlər iki polis məmuru və qadının gecə klubunu birlikdə tərk etdiyini göstərən müşahidə kamerası görüntülərini də əldə ediblər. Qadın ayaq üstə dayana bilmədiyi üçün polislər onun əlindən tutublar.

Məlum olub ki, 2022-ci ilin sentyabrında Alkantara-Santyaqo stadionda bir qadına sataşdığı iddiası ilə həbs olunub. Lakin sonda ona qarşı bu ittihamlar götürülüb. Zabit ona qarşı olan şübhələri “alçaldıcı” adlandırıb və polisdə işlədiyi 10 il ərzində heç vaxt qanunu pozmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Oxşar yazılar