Putinin kürəkəni TAPILDI:  Zelenski barədə nə məlumdur? - ARAŞDIRMA
23 may 2022 16:30 (UTC +04:00)

Putinin kürəkəni TAPILDI: Zelenski barədə nə məlumdur? - ARAŞDIRMA

Rusiya Prezidenti Vladimir Putinin kürəkəninin adı məlum olub.

Almaniyanın “Der Spiegel” jurnalı və Rusiyanın “Vajnıe istorii” layihəsinin birgə araşdırması zamanı Rusiya liderinin kiçik qızı Yekaterina Tixonovanın biznesmen Kiril Şamalovdan boşandıqdan sonra baletmeyster İqor Zelenski ilə ailə həyatı qurduğu məlum olub.

Bu mövzuda iki KİV “Putinin münhenli qızı” adlı araşdırmanı dərc ediblər.

Lent.az həmin yazını təqdim edir:

“2019-cu il dekabrın 9-da Vnukovo aeroportunun VİP terminalında Münhendən gələn çarter reysinin göyərtəsində qeyri-adi sərnişinlər var idi. Təyyarənin trapından Rusiya Prezidentinin Mühafizə Xidmətinin 3 məxfi əməkdaşı, fortepiano müəllimi, 2 dayə, məşhur balet artisti, keçmiş akrobatik rok-n-rol rəqqasəsi və 2 yaşlı qızı var idi. 2 il ərzində - 2017-2019-cu illərdə həmin 2 yaşlı qızın anası Moskvadan Münhenə və əks istiqamətə onlarla dəfə səfər edirdi.

Xanım Moskvada, onun 2 yaşlı qızının atası isə Bavariya Dövlət Baletinə rəhbərlik etdiyi üçün Almaniyada yaşayırdı. Həmin məşhur balet artistinin adı İqor Zelenski, onun müşayiət etdiyi xanımın adı isə Yekaterina Tixonova idi. O, Putinin kiçik qızıdır.

Yeni sevgili

Yekaterina Tixonovanın yeni sevgilisinin İqor Zelenski olmasını 4 fərqli mənbədən aldığımız xəbər əsasında iddia edirdik. Birincisi, bayaq barəsində danışdığımız Münhen-Moskva reysinin sərnişinlərinin tam siyahısı əlimizdə var. Tixonova, Zelenski, uşaq, mühafizə, dayələr – onlar hamısı Münhendən bir reyslə gəlib. Bu sənədi bizə bir neçə ay əvvəl Vnukovo aeroportundakı mənbə ötürüb.

İkincisi, bizim Katerina Tixonovanın son 2 ildə Zelenskinin işlədiyi Münhen şəhərinə 50-dən çox təyyarə uçuşu etdiyini bilirdik.  

Üçüncüsü, bizim əlimizdə Prezidentin Şəxsi Mühafizə Xidmətinin əməkdaşı və Tixonovanın şəxsi mühafizəçisi Aleksey Skripçakın elektron poçtundan əldə edilən sənədlər var. Onları bizə 2 il əvvəl Katerina Tixonovanın birinci əri Kiril Şamalovun məktub arxivini göndərən anonim mənbə ötürüb.

Skripçakın sənədlərində Putinin qızının, Zelenskinin və 2017-ci il doğumlu qızlarının pasport məlumatları var. Tixonovanın mühafizəçisi onların hamısı üçün bilet alıb. Uşağın adını etik olmadığı üçün açıqlamırıq, amma qeyd etməliyik ki, onun ata adı İqorevna gedir ki, bu da Zelenskinin adına uyğun gəlir.

Dördüncüsü, “Şpigel”in əməkdaşları Bavariya Balet teatrına keçmiş bədii rəhbərləri barədə sual verəndə onlar dərhal Zelenskinn “çox güman ki, Putinin qızının partnyorudur” kimi təsvir verdilər. Halbuki, jurnalistlər Zelenskinin ailə bağları barədə sual verməmişdilər. Biz Tixonova ilə Zelenskinin hansı şəraitdə və necə tanış olduqlarını bilmirik. Kiril Şamalovun məktub arxivinə nəzər salanda onların 2017-ci ildən gec olmayaraq ayırdıqlarını, həmin vaxtdan başlayaraq Tixonovanın Münhenə bəzən ayda bir neçə dəfə olmaqla, aktiv səfərlər etməyə başladığı müşahidə olunub.

İqor Zelenski Bavariya Dövlət Baletinə 2016-cı ildən rəhbərlik edib və həmin vaxtdan Almaniyada yaşayıb. Der Spiegel-in əməkdaşları Zelenskinin Münhendə qeydiyyatda olduğu evə gəlsələr də, onları Zelenskinin keçmiş həyat yoldaşı və Mariinka teatrının eks-balerinası Yana Serebryakova (cütlüyün 3 ortaq övladı var) qarşılayıb. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

2019-cu ilin sonlarında Katerina Tixonovaya müntəzəm şəkildə partnyorunun yanına getməkdən sıxılır və Zelenskinin yanına köçür. Bu barədə ən azından Tixonovanın mühafizəçisi Aleksey Skripçakın arxiv məktublarından birində deyilir.

2019-cu il oktyabrın sonlarında Skripçak “Almaniyaya köç” adlı məktub alır. Həmin məktubda beynəlxalq daşımalarla məşğul olan şirkət daşınan əşyaların doğru qiymətləndirilməsi barədə tövsiyələrə yer vermişdi. Məktubda say çoxluğu nəzərə alınaraq kitabların necə doğru daşına biləcəyi barədə hissə də var idi. Katerina Tixonovanın geniş və çoxsaylı kitabxanasının olması məlumdur. Onun Moskvanın Rublyovka qəsəbəsindəki evinin kitabxanasında olan xalçanın qiyməti 54 min avro (2 milyon rubl) dəyərində olub.

Zelenski barədə nə bilirik?

İqor Zelenskinin 52 yaşı var. O, Rusiyanın ən uğurlu və məşhur balet rəqqaslarından biridir. Zelenski Mariin teatrının solistlərindən biri olub və bütün aparıcı partiyalarda çıxış edib. Bundan başqa, o, New York City Ballet-in premyeri, Britaniya Kral Baletinin, La Skalanın, Böyük Teatrın və s. dünya balet mərkəzlərində dəvət olunmuş solist kimi çıxış edib.

Balet solisti kimi karyerasının sonlarında o, işini menecmentliklə əvəzləməyə başlayır. Bir müddət Novosibirsk teatrında və Stanislav və Nemiroviç-Dançenko adına Musiqi Teatrında balet qrupunun rəhbəri olur. Bədii rəhbər kimi o, qalmaqallı artist, Britaniya Kral Baletinin premyeri Sergey Polunini Moskvaya dəvət edir.

2016-cı ildə isə Zelenski Münhendə Bavariya Dövlət Baletinin bədii rəhbəri təyin olunur. Həmin vaxt yeni vəzifəyə təyinat olunması ilə bağlı mətbuat konfransında Zelenski Krım böhranına da toxunmuşdu.

“Mən siyasətçi deyiləm, amma onlar danışıqlar masasına oturub, razılıq əldə etməlidirlər. İncəsənət dünyanı xilas edəcək”, - Zelenskii qeyd edib.

Balet sahəsində onun haqda “sərt insan” və “pis oğlan” reputasiyası var. 2016-cı ildə “Kommersant” nüfuzlu balet tənqidçisi Tatyana Kuznetsova Zelenskinin “qeyri-rəsmi məlumatlara görə, yüksək səviyyədə himayədarları və dəstəkçiləri var”, - deyə şərh vermişdi.  

2018-ci ildən İqor Zelenski “Milli Mədəni İrs”  fondunun Müşahidə Şurasına üzvdür. Fond Rusiyanın regionlarında mədəni-təhsil komplekslərinin inşasına cavabdehlik daşıyır. İlk komplekslər Kalininqrad, Vladivostok, Sevastopol və Kemerovoda inşa olunur. Layihə şəxsən Putin tərəfindən dəstəklənmişdi.

“BBC”nin Rusiya xidməti layihənin maliyyələşməsi üçün tələb olunan 120 milyard rubl vəsaitin “Rosneftqaz” şirkəti tərəfindən ayrıldığını söyləmişdi.

 Amma “Meduza” saytı pandemiya səbəbi ilə fondun yüzlər əməkdaşını işdən azad etdiyini, həmin şəxslərin Putinə, Baş nazirə və digər nazirlərə şikayət məktubları yazdıqları qeyd olunurdu. Bu gün üçün hələ ki, mədəni-təhsil komplekslərindən heç biri sona qədər inşa edilməyib.

2021-ci ildə “Sueddeutsche Zeitung” qəzeti üçün köşə yazısında İqor Zelenski öz həftəlik rejimini belə təsvir edirdi: bazar ertəsi bir çox münhenli kimi İngilis bağında qaçmağı, çərşənbə axşamı İtaliya mətbəxinin yeməklərini bişirməyi, cümə axşamı yerli bazardan alınan yeni məhsullardan ailə üçün yemək hazırlamaq və s. sevirəm.

Şənbə günləri “Öncə yatırıq, sonra Teqernzee istiqamətinə gedirik. Alp dağlarının Bavariya hissəsi möhtəşəmdir”, - o yazırdı.

Zelenskinin Bavariya Baleti ilə müqaviləsi 2026-cı ildə bitməli olsa da, o bu ilin aprelində ailə səbəbi ilə teatrından getməli olacağını deyib.

“Balet truppasına rəhbərlik işə tam konsentrasiya və diqqət tələb edir. Amma indiki məqamda mənim bütün diqqət və vaxtımı Münhendə Balet rəhbərliyi ilə uyğunsuzluq təşkil edən şəxsi, ailə qayğıları tutur...İndi ailəm dəstəyimə ehtiyac duyur”, - o demişdi.

Çox güman ki, Zelenskini Rusiyanın Ukraynaya hücumunu tənqid etmədiyi üçün işdən çıxarıblar. Bu barədə prankerlər Vovan və Leksusun Ukrayna mədəniyyət naziri ilə söhbət etdiyini düşünən Bavariya Dövlət Operasının direktoru Serj Dorni etiraf etmişdi.

“Biz Zelenski ilə bir neçə dəfə danışdıq və mən onu işi tərk etməyə sövq etdim. O bu qərarı təkbaşına vermədi”, - o demişdi.

Həmin vaxtdan Zelenski və Putinin qızı Katerina Tixonovanın harada olmaları barədə məlumat yoxdur. “Der Spiegel” Zelenskiyə zəng etməyə çalışsa da, o, telefonu götürməyib. “Vajnıe İstorii” Tixonovaya da mesaj göndərərək ondan cavab gözləyir”.

# 6555
avatar

Vüqar İsmayılov

Oxşar yazılar

ABŞ İraqı vurdu

ABŞ İraqı vurdu

20 aprel 2024 , 04:18
İranlı ilə erməni MMA döyüşçünün yarışında KÜTLƏVİ DAVA

İranlı ilə erməni MMA döyüşçünün yarışında KÜTLƏVİ DAVA

20 aprel 2024 , 03:55
Maşın xəndəyə aşdı,  ölən və yaralanananlar var

Maşın xəndəyə aşdı, ölən və yaralanananlar var

20 aprel 2024 , 02:22
Hərbi reportyor öldü

Hərbi reportyor öldü

20 aprel 2024 , 01:50
Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

20 aprel 2024 , 00:42
Minsk qrupunun ilk həmsədri öldü

Minsk qrupunun ilk həmsədri öldü

19 aprel 2024 , 21:27
Bu vulkan  hər gün göyə 6000 dollar   püskürür

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

19 aprel 2024 , 18:44
Qızardılmış sərçə  verən kafe qalmaqala səbəb oldu

Qızardılmış sərçə verən kafe qalmaqala səbəb oldu

19 aprel 2024 , 13:15