Putinin  əmisi oğlu   vəfat etdi
12 mart 2024 15:17 (UTC +04:00)

Putinin əmisi oğlu vəfat etdi

Rusiya prezidenti Vladimir Putinin əmisi oğlu Yevgeni Putin vəfat edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, dövlət başçısının qohumu uroloq işləyirdi. O, 92 yaşında dünyasını dəyişib.

Məlumata görə, Yevgeni Putin 2000-ci illərin əvvəllərinə qədər İvanovo vilayətində yaşayıb. 

Həkimin dəfn mərasimi martın 10-da baş tutub. Dəfn mərasiminin keçirildiyi yerin adı açıqlanmır.

Putinin əmisi oğlunun ölüm səbəbi də açıqlanmır.

 

# 2751
avatar

Oxşar yazılar