Putin NATO ilə “böyük müharibəyə”  demək olar ki, hazırdır – Almaniya kəşfiyyatı  vaxtı AÇIQLADI
28 mart 2025 17:56 (UTC +04:00)

Putin NATO ilə “böyük müharibəyə” demək olar ki, hazırdır – Almaniya kəşfiyyatı vaxtı AÇIQLADI

Kreml genişmiqyaslı münaqişə üçün fəal şəkildə qüvvələr toplayır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Bundesver Rusiyanın Qərblə münasibətlərə sistemli münaqişə kimi baxdığını, həmçinin NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşdığını iddia edən yeni hesabat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Kreml öz məqsədlərinə çatmaq üçün gücdən istifadə etməyə hazırdır və onilliyin sonuna qədər genişmiqyaslı şərti müharibəyə tam hazır ola bilər. Hazırda Rusiya qoşunlarının Ukrayna ərazisində cəmləşməsinə baxmayaraq, Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri döyüşə hazır vəziyyətdədir. Həmin qoşunlar Ukrayna münaqişəsi başa çatdıqdan dərhal sonra Baltikyanı ölkələrin sərhədlərinə yerləşdirilə bilər.

Litva Kəşfiyyatı (VSD) qeyd edir ki, Rusiya hazırda bütün NATO alyansına hücum etmək iqtidarında deyil. Lakin bir və ya bir neçə üzv ölkəyə qarşı yerli hərbi əməliyyat keçirərək “gücünü sınamağa” cəhd edə bilər. Bu, Kremlə NATO-nun kollektiv müdafiə öhdəliklərinə nə dərəcədə ciddi yanaşacağını qiymətləndirməyə imkan verəcək.

Hesabatda vurğulanır ki, Rusiya öz itkilərini aktiv şəkildə əvəz edir, müdafiə sənayesi isə hazırkı münaqişənin tələbatını üstələyən həcmdə silah istehsal edir. Proqnozlara görə, 2025-ci ilin sonuna qədər Rusiyanın hərbi xərcləri təxminən 120 milyard avroya çatacaq ki, bu da ÜDM-in 6%-dən çoxunu təşkil edəcək. Bu, 2021-ci illə müqayisədə hərbi büdcənin 4 dəfə artması deməkdir. Ordunun sayını 1,5 milyon nəfərə çatdırmaq və NATO ilə sərhəddə silahların həcmini 30-50% artırmaq planlaşdırılır.

Hərbi ekspert Zenke Neitzel də Litvaya hücumun bu ilin payızında mümkün olduğunu irəli sürüb. Polşa da öz növbəsində müdafiəsinin zəif olduğunu bilir. Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri general Dariusz Lukovski qeyd edib ki, Rusiya ilə müharibə olacağı təqdirdə ölkə sursat çatışmazlığı səbəbindən yalnız bir-iki həftə dayana bilər. Bəzi silah növləri hərbi əməliyyatlar başlayandan sonra beş gün ərzində tükənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23