Pulsuz yeməyə görə basabas: 32 ÖLÜ
28 may 2022 21:05 (UTC +04:00)

Pulsuz yeməyə görə basabas: 32 ÖLÜ

Nigeriyada kilsənin xeyriyyə aksiyası faciə ilə bitdi.

Lent.az-ın xəbərinə görə, kilsənin futbol meydançasında imkansızlar üçün pulsuz ərzaq paylaması izdihama səbəb olub. Yaranan basabasda 32 nəfər ayaq altında qalaraq ölüb. 

Qeyd edək ki, bu cür hadisələr Nigeriyada tez-tez baş verir.

# 1476
avatar

Oxşar yazılar