Prezidentin dəfnində  DAVA:  45 nəfər öldü
30 mart 2021 18:22 (UTC +04:00)

Prezidentin dəfnində DAVA: 45 nəfər öldü

Tanzaniya sakinləri martın 21-də prezident Con Maqufulinin dəfni üçün Dar-əs-Salam şəhərindəki stadiona toplaşıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, burada baş verən dava nəticəsində 45 nəfər ölüb.

Ölənlərin arasında ana və onun 4 azyaşlı uşağı da var. Ailə iki gün əvvəl dəfn edilib. Davada ən azı 37 nəfərin yaralandığı bildirilir. 

62 yaşlı prezident koronavirus pandemiyası ilə bağlı səs-küylü açıqlamasından sonra ölüb. O, deyirdi ki, xəstəlik Tanzaniyada yayılmayıb və dualar ondan qorunmağa kömək edir. 

Bəzi məlumatlara görə, onun ölümünə səbəb COVID-19-a yoluxması olub. Onun başqa ölkədə müalicə olunmağa cəhd etdiyi də bildirilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3672
avatar

Oxşar yazılar