Prezident vəzifəsindən kənarlaşdırıldı -  İyunun 3-ü seçkilər keçiriləcək
08 aprel 2025 06:40 (UTC +04:00)

Prezident vəzifəsindən kənarlaşdırıldı - İyunun 3-ü seçkilər keçiriləcək

Cənubi Koreya hökuməti Yun Sek Yolun impiçmentinin təsdiqlənməsindən sonra iyunun 3-ü tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə ölkənin baş naziri Han Dok Sunun ofisi məlumat yayıb.

Qeyd edək ki, aprelin 4-də Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Sok Yolu hakimiyyətdən kənarlaşdırıb və seçkilər 60 gün ərzində keçirilməlidir.

Aprelin 8-də baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri də seçkinin iyunun 3-ü keçirilməsini təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar