Prezident sarayının yaxınlığındakı hotelə HÜCUM EDİLDİ
15 mart 2024 02:35 (UTC +04:00)

Prezident sarayının yaxınlığındakı hotelə HÜCUM EDİLDİ

Somalinin paytaxtı Moqadişoda "Əş-Şəbab" radikal islamçı qruplaşmasının silahlıları prezident sarayının yaxınlığındakı hotelə hücum ediblər.

Lent.az xəbər verir ki, hadisə nəticəsində Somali Ədliyyə Nazirliyinin Baş direktoru, Nazirlər Kabinetinin nümayəndəsi və bir neçə parlament üzvü yaralanıb.

Məlumata görə, silahlılar hotelin yaxınlığında avtomobili partladıb, daha sonra bina daxilində atışma başlayıb.

Hücum zamanı Somali polis bölməsinin rəisi və əsgərlərin də yaralandığı qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3795
avatar

Oxşar yazılar