Polisin təqib etdiyi qadın maşının damına çıxıb lüt soyundu
12 iyun 2024 10:01 (UTC +04:00)

Polisin təqib etdiyi qadın maşının damına çıxıb lüt soyundu

ABŞ-ın Los-Anceles şəhərində bir qadın polis təqibi zamanı avtomobilin damına çıxaraq, lüt soyunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, sürücü məmurların dayanmaq əmrini yerinə yetirmədikdən sonra iki patrul maşını qara yolsuzluq avtomobilinin arxasınca getməyə başlayıb. Təqib zamanı avtomobillər saatda 120-150 kilometr sürətlə hərəkət ediblər.

Təqib başlayandan 10 dəqiqə sonra yolsuzluq avtomobili dayanıb və bir qadın lyukdan çıxıb. O, tam boyu ayağa qalxıb, üzünü polisə çevirib və paltarını çıxarıb.

Qadın saxlanılana qədər tamamilə çılpaq, qollarını bir-birindən ayıraraq dayanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Oxşar yazılar