Polisin axtardığı serial qatil şou proqramına  qatıldı
14 mart 2024 18:11 (UTC +04:00)

Polisin axtardığı serial qatil şou proqramına qatıldı

Fransada 30-a yaxın zorlama və qətl hadisəsi ilə əlaqəsi olan, polis tərəfindən “Acne Man” ləqəbi ilə tanınan serial qatil Fransua Verovenin 2019-cu ildə ölkənin məşhur yarışma proqramına qatıldığı məlum olub. Verove yarışmadan 2 il sonra tutulacağını anlayanda intihar edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk cinayətini 11 yaşında törədən Fransua Verove iştirak etdiyi “Tout le monde veut prendre sa place” oyun şousunda rahat davranışı ilə diqqət çəkir.

Polis tərəfindən axtarışda olarkən oyun şousuna qatılan serial qatil iki ildən sonra tutulacağını görüb məktub yazaraq intihar edib.

Verovenin həyat yoldaşı və iki uşağı ilə Fransanın cənubundakı La Grande-Motte qəsəbəsində yaşadığı, həmçinin yerli xalq tərəfindən sevilən bir insan olduğu da açıqlanıb. Verovenin yazdığı məktubda belə bir ifadə yer alıb: “Dözə bilmədiyim vaxtlar olub. Bir günahsız insanı məhv etmək, ləkələmək və öldürmək məcburiyyətində olmuşam”.

Fransua Verovenin 1994-cü ilə qədər ümumilikdə 31 zorlama və qətl hadisəsində iştirak etdiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432
avatar

Oxşar yazılar