İndoneziyada pələng gənc oğlanı parçalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Lampunq rayonunda baş verib. Məlumata görə, qəhvə plantasiyasına işə gedən 28 yaşlı kişi uzun müddət geri qayıtmayıb.
İki gün sonra qardaşı axtarışa çıxıb və onu tapıb, lakin onu xilas edə bilməyib.
“Mən kəsilmiş əli tapanda və yaxınlıqda pələng izlərini görəndə panikaya düşdüm. Dərhal kəndə qayıdıb gördüklərimi qohumlarıma, qonşularıma xəbər verdim”, - deyə mərhumun qardaşı bildirib.
Hadisə yerinə gələn xilasedicilər qrupu meyitlə yanaşı, onun alətləri, pestisid çiləyicisi və telefon tapıblar.
Hadisədən sonra yerli hakimiyyət insanları müvəqqəti olaraq ərazidə əkinçilikdən çəkinməyə, təkbaşına gəzməməyə və diqqətli olmağa çağırıb.