AZAL-ın təyyarəsinin Aktau limanı yaxınlığında qəzaya uğraması barədə aparılan araşdırmanın nəticəsi gələn həftə açıqlanacaq.
Lent.az Qazaxıstan mediasına istinadla bildirir ki, bu barədə baş nazirin müavini Kanat Bozumbayev deyib.
Onun sözlərinə görə, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabatın ilkin hissəsi gələn həftə dərc olunacaq.