Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR
24 yanvar 2025 11:00 (UTC +04:00)

Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR

“Premium Bank” ASC-də filial müdiri işləmiş Nəzakət Məmmədxanova və Samirə Əliyevanın məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

Lent.az-ın verdiyi məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva vəsatət verərək müvəkkilinin 2 əmlakı ilə bağlı məsələni müzakirə etməyi xahiş edir. Həmçinin bildirib ki, məhkəmə istintaqı təzələnsin. 

Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətlərinə münasibət bildirib və qeyd edib ki, əmlakların inventar dəyərləri 123 min və 24 min manatdır. 

Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqının təzələnməsi ilə vəsatətin qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxıb. 

Sonra vəkil Təranə Əliyevanın internet resurslarında adıçəkilən ünvanlarda olan əmlakların qiymətləri ilə bağlı sənədlər təqdim edib və bildirib ki, istintaq orqanı əmlakları ucuz dəyərləndirib.

Təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova Goradil qəsəbəsi və Hil kəndində olan əmlakları cinayəti törətməmişdən qabaq aldığını və həyat yoldaşının həbs qoyulan əmlaklarının satılıb dövlət nəfinə keçirilməsinə etiraz etmədiyini bildirib. 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin hazırda əmlaklarla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istədi. 

Samirə Əliyevanın vəkili Nicat İmanzadə notarius vasitəsilə əmlaklara yenidən qiymətləndirmə keçirilməsini təklif etdi. 

Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxsin vəkili Təranə Əliyevanın vəsatətinə münasibət bildirərək qəbul olunmadığını elan etdi. 

Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrəndi.

Dövlət ittihamçısı 308-ci maddəyə münasibətlə bağlı çıxış üçün məhkəmədən vaxt istədi. 

Məhkəmə prosesi 7 fevral tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı 2024-cü  ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2999

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52