Ölkəni sarsıdan TAPINTI:  200-dən çox uşağı bir yerdə basdırıblar
06 sentyabr 2024 16:44 (UTC +04:00)

Ölkəni sarsıdan TAPINTI: 200-dən çox uşağı bir yerdə basdırıblar

Böyük Britaniyanın Royton qəbiristanlığında dəhşətli faktın üstü açılıb. Adı açıqlanmayan dəfn yerində 145 ölü doğulmuş körpənin, 128 körpə və azyaşlı uşağın, eləcə də 29 böyük şəxsin qalıqları tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məzarlığı tapan qadın qəbiristanlıqda 1962-ci ildə doğulandan az sonra dünyasını dəyişən əkiz qardaşlarının məzarını axtarıb.

Dəhşətli tərəfi budur ki, uzunluğu və eni 4 metr olan kütləvi məzarlıq bu qəbiristanlıqdakı yeganə kütləvi məzar olmaya bilər. Yerli hakimiyyət orqanları qəbiristanlığın müxtəlif yerlərində başqa oxşar qəbirlərin ola biləcəyini təsdiqləyiblər.

“Daily Mail”də dərc olunan məlumata görə, 1980-ci illərdə, ölü doğulmuş uşaqların dəfn olunduğu yer haqqında heç bir təfərrüat bildirmədən valideynlərindən alınması adi bir təcrübə idi.

Tibb işçiləri yalnız kədərli valideynlərə övladının “yaxşı bir insanın yanında” dəfn edildiyini söyləyiblər. Amma uşaqlar çox vaxt kütləvi məzarlıqlarda basdırılırmış.

Oxşar dəfnlərə son 20 il ərzində bütün Böyük Britaniyada dəfələrlə rast gəlinib. Eyni yerlərdə aşkar edilmiş böyüklərin qalıqlarına gəlincə, bu, mərhumun sağlığında kasıb olduğunu və düzgün dəfn etmək üçün pulunun olmadığını göstərə bilər.

Yerli məclis üzvləri Maqqie Hurley və Ceyd Huqhes "ürək parçalayan" kəşflə bağlı bəyanat yayıblar. Orada bildirilir ki, valideynlərin övladlarını dəfn etmək hüququndan məhrum edilməsi açıq ədalətsizlikdir. Məsləhətçilərin fikrincə, vəziyyət kollektiv ədalət və mərhəmət hissini oyatmalıdır.

“Oldham Times” xəbər verir ki, dəfn edilmiş uşaqlar üçün xatirə abidəsi planları sentyabrın 11-i çərşənbə günü keçiriləcək şura iclasında müzakirə olunacaq. Ailələrin onlara asanlıqla daxil ola bilməsi üçün qeydlər və sənədlər də rəqəmsallaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar