Nuran Abdullayev Almaniyada yüksək vəzifəyə təyin edildi
31 dekabr 2022 10:59 (UTC +04:00)

Nuran Abdullayev Almaniyada yüksək vəzifəyə təyin edildi

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev yüksək vəzifəyə təyin edilb.

Lent.az-ın xəbərinə görə, Nuran Abdullayev bu barədə Facebook profilində paylaşım edib.

Nuran Abdullayev sabahdan - yanvarın 1-dən Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru vəzifəsinin icrasına başlayacaq: “Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəri (Chefarzt) oldum. Bu bir tarixdir. Almaniyanın üçüncü ən böyük – 600 min əhalisi olan bir bölgəsinə (der drittgrößte Landkreis) cavabdeh olan klinikanın rəhbəri olmaqla o bölgədə yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradiolji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli bir missiya Almaniyada mənə həvalə olunub”.

Qeyd edək ki, N.Abdullayev indiyə qədər Köln Universiteti Klinikasında şöbə müdiri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Oxşar yazılar