NATO-nun yeni rəhbəri qadın ola bilər
01 aprel 2023 06:25 (UTC +04:00)

NATO-nun yeni rəhbəri qadın ola bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen sentyabrda Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar NATO-nun yeni baş katibi postu uğrunda mübarizədə iştirak edəcək.

Lent.az-ın xəbərinə görə, bu barədə mənbələrə istinadən “The Sun” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bəzi NATO-ya üzv dövlətlər fon der Lyayeni oktyabrda alyansa rəhbərlik etməyə çağırıb. Eyni zamanda, onun Avropa Komissiyasının sədri kimi səlahiyyətləri yalnız gələn il başa çatır.
 

# 1071
avatar

Oxşar yazılar