Moskvada aeroportlarda məhdudiyyət aradan qaldırıldı-Bakıya uçuş başladı -YENİLƏNİB
17 mart 2024 13:26 (UTC +04:00)

Moskvada aeroportlarda məhdudiyyət aradan qaldırıldı-Bakıya uçuş başladı-YENİLƏNİB

Moskvaya dron hücumuna görə Vunokovo hava limanında uçuş məhdudiyyəti tətbiqi səbəbindən gecikən Moskva-Bakı istiqamətində uçan təyyarə havaya qalxıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2808 reysini həyata keçirən "Aerobus 320-214" təyyarəsi 15 dəqiqə bundan qabaq havaya qalxıb.

Moskva vaxtı ilə saat 10:55 də uçmalı olan reys saatyarıma yaxın gecikmə ilə həyata keçirilib.

***

saat 12.51

Moskvanın Domodedovo, Vnukovo və Jukovski hava limanları normal iş rejiminə qayıdıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, pilotsuz uçuş aparatlarının hücumu səbəbindən tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.

***

saat 12.31

Təhlükəsizliyin təmin edilməsi məqsədilə Moskva vaxtı ilə saat 09:39-dan etibarən Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə,  bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün martın 17-si (bazar günü) Moskva vaxtı ilə saat 09:39-dan etibarən Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Moskvanın Vnukovo hava limanında Bakı istiqamətində uçan təyyyarə reysi də gecikir. Sərnişinlərin APA-nın Moskva müxbirinə verdiyi məlumata görə, yerli vaxtla saat 10:55-də uçmalı olan J2 808 reysi gecikir. Sərnişinlər təyyarəyə miniyin başlanmadığını bildiriblər.

Qeyd edək ki, bundan öncə Moskva meri Sergey Sobyanin bildirib ki, bu gün Rusiya paytaxtına dron hücumu olub. Domodedovo hava limanı rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6036
avatar

Oxşar yazılar