Məşhur olmaq istəyən 9 yaşlı qız dələduzlara yarım milyon  göndərdi
19 mart 2024 01:16 (UTC +04:00)

Məşhur olmaq istəyən 9 yaşlı qız dələduzlara yarım milyon göndərdi

Rusiyanın Omsk vilayətində doqquz yaşlı qız anası ilə dələduzların qurbanı olub, uşaq fırıldaqçılara inanaraq onlara yarım milyon rubla yaxın pul köçürüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyini məlumat yayıb.

Belə ki, 42 yaşlı şəhər sakini hüquq-mühafizə orqanlarına şikayət edib. Qadın fırıldaqçıların qızını aldatdığını bildirib. Polisin araşdırmasına görə, doqquz yaşlı qız sosial şəbəkədə baxış sayını və abunəçilərin fəallığını artırmağı təklif edən videolara baxıb.

Uşaq messencerlərdən birində naməlum şəxslə əlaqə saxlayıb, fırıldaqçı uşaqdan valideynlərdən birinin telefonunu götürməsini, bütün proqramların şəklini çəkib, çata göndərməsini istəyib.

Məktəbli qız dələduzların diktəsi ilə anasının şəxsi bank hesabındakı parolu dəyişərək onlara 92 min rubl köçürüb. Sonra fırıldaqçıların göstərişlərinə əməl edərək, o, ümumilikdə 485 min rubl həcmində iki kredit götürüb və onlara köçürüb.

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar