Məktəbdə kütləvi zəhərlənmə - 400 NƏFƏR
21 may 2022 02:09 (UTC +04:00)

Məktəbdə kütləvi zəhərlənmə - 400 NƏFƏR

 Fransanın O-de-Sen kommunasında (Parisin mərkəzi) yerləşən məktəbdə kütləvi zəhərlənmə qeydə alınıb.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, 363 şağird və 20 müəllim qidadan zəhərlənib.

Onların hamısında qusma və mədə ağrısı qeydə alınıb. Hadisəyə görə məktəbin yeməkxanası bağlanıb və qidalardan nümunə götürülüb. Xəstələrə ilkin yardımdan sonra əksəriyyəti evə buraxılıb. Hadisə yerində dövlət qurumları işləyir.
 

# 1845
avatar

Oxşar yazılar