Bu adamlar  beyinlərinin yarısı olmadan   tam sağlam yaşayırlar
26 aprel 2024 15:47 (UTC +04:00)

Bu adamlar beyinlərinin yarısı olmadan tam sağlam yaşayırlar

Sizcə, insan beyninin yarısı olmadan yaşaya bilərmi? Yəqin “yox” deyəcəksiniz. Amma mümkün imiş.

Əvvəllər belə hesab edilirdi ki, ən kiçik travma və ya müdaxilə belə beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bəzən bu, hətta əlilliyə də gətirib çıxarır. Lakin britaniyalı alimlər sensasion bəyanatla çıxış ediblər. Mütəxəssislər beyin əməliyyatından əldə edilən məlumatları təhlil ediblər.

Lent.az-ın xəbərinə görə, son illər aparılan araşdırmalara görə, yarımkürələrdən birinin cərrahi yolla çıxarılması insanı həmişə əlil etmir. Çox zaman beynin qalan sahələri itirilmiş hissənin funksiyalarını öz üzərinə götürür.

Hətta beynin bir hissəsinin çıxarılmasından sonra insanın vəziyyətində yaxşılaşma halları məlumdur. Məsələn, epilepsiyadan sağalma ilə bağlı faktlar var.

Karlos Rodriqüs dünyada beyinsiz adam kimi tanınıb. Onun maraqlı hekayəsi var. 14 yaşında narkotik maddənin təsiri altında maşın sürəndə qəzaya uğrayıb və asfalta dəyəndən sonra beyni sözün həqiqi mənasında dağılıb.

Həkimlər beyni ilə birlikdə kəllə sümüyünün yarısını da çıxarmalı olublar.

Rəsmi elmi məlumata görə, Karlos qalan günlərini ən azı psixi pozğunluq vəziyyətində keçirməli idi. Amma belə olmadı, o tam sağlam yaşayır və cinayətkar həyat tərzi keçirir.

Digər “parabeyin” adam isə afrikalıdır. Onun beynində keçirilmiş əməliyyatdan snra başı fincan formasını xatırlatsa da, heç kimə möhtac olmadan yaşaya bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar