Kadırov Suriyadan gətirilən Rusiya raketləri ilə özünü və ailəsini BELƏ QORUYUR
28 dekabr 2024 10:07 (UTC +04:00)

Kadırov Suriyadan gətirilən Rusiya raketləri ilə özünü və ailəsini BELƏ QORUYUR

Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsindən sonra Çeçenistan rəhbəri Ramzan Kadırovun şəxsi hava təhlükəsizliyi gücləndirilib.

Lent.az xəbər verir ki, bu barədə "ВЧК-ОГПУ" telegram kanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyadan hava hücumundan müdafiə sistemləri Çeçenistan Respublikasına daşınıb. O cümlədən də S-300-lərdən söhbət gedir. Bu hava hücumundan müdafiə sistemləri Qroznıya və ondan kənara yerləşdirilib. Kanal bildirir:

“Məsələn, hava hücumundan müdafiə sistemləri respublika başçısının rəsmi iqamətgahına da qoyulub və onu növbətçilik sisteminə əsasən qoruyurlar. Çeçenistan Respublikasının paytaxtında məscid ilə komplekslər var ki, hansı ki, orada şəhərdəki müşahidə platformalarından belə çəkiliş aparmaq qadağandır. İndi ora başqa cür qorunur. İqamətgaha yaxın məsafədə yerləşən nüfuzlu Baronovski rayonunun sakinləri də özlərinə hava hücumundan müdafiə vasitələri alıblar. Orada zavod işçiləri üçün nəzərdə tutulmuş keçmiş qəsəbə var ki, uzun müddətdir artıq Qroznı sakinləri arasında ən populyar ərazilərdən birinə çevrilib. Kadırovun ailəsi orada yaşayır və bütün girişlər kadırovların adamlarından ibarət olan silahlı mühafizəçilər tərəfindən ciddi şəkildə mühafizə olunur”.

Kanal bildirir ki, daha bir S-300 kompleksi Kadırovların ata-baba kəndi Axmat-Yurtda quraşdırılıb:

“Hava Hücumundan Müdafiə ekipajı həm gecə-gündüz döyüş növbətçiliyində olur, müharibədə iştirak edir, həm də Çeçenistan Respublikası rəhbərinin qohumlarını şəxsən qoruyurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Cavidan HUN

Oxşar yazılar