İranda prezident seçkiləri:   Məsud Pezeşkian liderdir
29 iyun 2024 07:50 (UTC +04:00)

İranda prezident seçkiləri: Məsud Pezeşkian liderdir

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami bildirib.

12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Baqer Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.

***
06:16

İranda növbədənkənar prezident seçkilərində 8,379 milyon səsin hesablanmasından sonra Səid Cəlili liderdir.

Lent.az xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami “IRIB” telekanalında məlumat verib.

Məlumata görə, 58 min seçki məntəqəsindən 23 minində bülletenlərin hesablanması nəticəsində Cəlili 3,505 milyon, Məsud Pezeşkiyan isə 3,389 milyon səs toplayıb. Məhəmməd Bağer Qalibafa 1,116 milyon insan səs verib.

***
04.52

İranda keçirilən növbədənkənar prezident seçkilərinin ilk turunda səslərin ilkin hesablamalarından sonra Məsud Pezeşkian liderdir.

Lent.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslaminin “IRIB” telekanalaında bildirdiyinə görə, ilkin məlumatlara görə, hazırda Pezeşkiyan 973 052, İran liderinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 963 615 səsə malikdir.

Üçüncü yeri 341,056 səslə Məhəmməd Baqer Qalibaf və 15,625 səslə Mustafa Purməhəmmədi tutur.

Ümumilikdə 2 372 866 səs hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7149
avatar

Oxşar yazılar