İranlı jurnalistləri daşıyan avtobus aşıb
23 iyun 2021 19:51 (UTC +04:00)

İranlı jurnalistləri daşıyan avtobus aşıb

İranda jurnalistlərin olduğu avtobus aşdı: ölənlər var

İranlı jurnalistləri daşıyan avtobus aşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar