İlon Mask Kadırovun maşınını söndürdü - "Mask! Bu kişi işi deyil"
20 sentyabr 2024 04:51 (UTC +04:00)

İlon Mask Kadırovun maşınını söndürdü - "Mask! Bu kişi işi deyil"

Çeçenistan prezidenti Ramzan Kadırov “Telegram” kanalında amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın xüsusi hərbi əməliyyat zonasına göndərilən “Cybertruck” elektrik pikapını söndürməsindən şikayətlənib.

Lent.az xəbər verir ki, Ramzan Kadırovun sözlərinə görə, Mask ona hədiyyə etdiyi elektrokarı uzaqdan söndürüb.

“İlon Mask çirkin bir şey etdi. O, ürəkdən bahalı hədiyyələr verir, sonra isə onları uzaqdan söndürür. Bu kişi işi deyil. Mən dəmir atı yedəyə almalı oldum. Necə belə oldu İlon? Heç belə edərlər?”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Kadırov Maskın ona “Cybertruck” elektrik avtomobilini hədiyyə etdiyini demiş və ona pulemyot quraşdıraraq Ukraynaya qarşı davam edən döyüşlərə göndərmişdi. Mask isə öz növbəsində Kadırova “Cybertruck” vermədiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Oxşar yazılar