İdmançı yarışı qazanmaq üçün qəpikləri uddu
01 mart 2024 16:24 (UTC +04:00)

İdmançı yarışı qazanmaq üçün qəpikləri uddu

Hindistanda bodibilder qəsdən 39 qəpik və 37 maqnit udaraq, bunun ona idmanda uğur qazanmasına kömək edəcəyini deyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı kişi 20 gündən çox davam edən qusma və qarın ağrısı şikayətləri ilə Dehli Metropoliten bölgəsindəki xəstəxananın təcili yardım şöbəsinə müraciət edib. Xəstə heç nə yeyə bilməyib. Bodibilderin yaxınlarının dediyinə görə, o, bir neçə həftə ərzində sikkə və maqnit udduğu üçün özünü pis hiss edib.

Həkimlər xəstəni rentgenə çəkib və onun qarın boşluğunda onlarla yad cisim aşkar ediblər. Kişi təcili cərrahiyyə əməliyyatı keçirib. Bu əməliyyat zamanı maqnit və sikkələrin nazik bağırsağının iki müxtəlif ilgəsində olduğu aşkarlanıb. Maqnitlər iki ilgəyi bir-birinə çəkərək bağırsaqları zədələyib. Bodibildinqçinin mədəsində çoxlu sayda metal əşyalar da tapılıb. Həkimlər xəstənin qarnından ümumilikdə 39 sikkə və 37 maqnit çıxarıblar. O, əməliyyatdan sonra xəstəxanada sağalıb və yeddi gündən sonra evə buraxılıb.

Məlum olub ki, kişi psixi pozğunluqdan əziyyət çəkir. O, sikkələri tərkibindəki sinkin sağlamlığına faydalı təsir göstərəcəyinə inandığı üçün udduğunu bildirib. Onun fikrincə, bu, ona bodibildinqdə uğur qazanmağa kömək edər. Xəstə maqnitləri yeyib ki, sikkələr bağırsaqlarda mümkün qədər uzun müddət qalsın və bədəni sinklə doyursun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Oxşar yazılar